Social Icons

Featured Posts

6 Nisan 2014 Pazar

Nərgiz baharın xəbərçisi

 Nərgiz baharın xəbərçisi





Baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisi olaraq bilinər. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz özünə yetişən 40-a qədər növü vardır. Nərgizgilər soyadının Narcissus cinsini əmələ gətirən bu bitkilərin adı Yunan mitologiyasında Narkissos adından gəlir. Mitologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi...


Nərgiz soğanağı zəhərli bir bəzək bitkisidir. Torpağın üzərində çıxaraq topa halına gələr, incə uzun, sivri uclu və yastı yarpaqları vardır. Təqribən 50 sm boyundakı bu yarpaqların bəzi növlərdə 1 metrədək uzadığı da olur. Nərgiz çiçəkləri arıların köməyi ilə tozlanır. Ana vətəni Avropa olan bu bitkilərin növ çoxluğuna İspanya və Portekizdə rast gəlinilməkdədir. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində yetişir. Dünyada Avropa, şimali Amerika, Şimali Afrika ölkələrində yetişdirilməkdədir. Narcissus poeticus Türkiyədə Egey Bölgəsində əsasəndə Qaraburun və Mordoğanda yetişdirilməkdədir. Mordoğan, nərgizin ana yurdu olaraq sayılmaqdadır.


Nərgiz baharın xəbərçisi, cəlb edici bir qoxuya sahib olan soğanaqlı bir bitkidir. Çində nərgizlər yeni ildə çiçək açarsa o ilin bərəkətli geçəcəyinə inanılar. Hava şəraitinə görə fevralın sonu, martın başlanğıcında aça bilər. Fulya, Nargöz, Zerrin, Zerrin qədəh kimi adlarla da tanınmaqdadır. Hollandlar lalədə sınadıqları kimi bu soğanaqlıdan da 20 - 30 dəyişik növ yetişdirmişlər.
Əsasən yarpaqları və çiçək sapları eyni (10 - 50 sm arası) fəqət çiçəklərii çox fərqlidir. Nərgizlərin bəyaz, sarı, kök rəngi, çəhrayı rəngləri olur. Tək rəng ya da qarışıq rəng növləri qarşımıza çıxa bilər. Qədim binaların bağlarında bəyaz və sarı rənglilərini bolca görə bilərsiniz.


 Nərgizin Faydaları:
Sakinləşdırici.   
Qızdırma salıcı.
Qusdurucu.
 Qəbizliyi aparar.
Soğanının topası, yaraların irinini qurudar, təmizləyər və sağaldar.
5qr. bal ilə içilərsə qusdurar.
Çiçəklərinin suyu balla bərabər şərbət kimi içilərsə məsanə ağrılarını sağaldar.


Zəfəran haqqında nəyi bilirik?



Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000-1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir.
Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür.Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə “zəfəran” deyilir. İspanca “azafran”, ingiliscə “saffron”, fransızca “safrane”, italyanca “zaferano” və hind dilində “zuffron” adlanır.Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub.
Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur.Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlık, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur.
ABŞ, Yaponiya, Rusiya, İspaniya, Fransa, Rumuniya və İngiltərədə siçanlar üzərində aparılan təcrübələrdə də zəfərandan istifadə olunur.Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir.

Güllər haqqında maraqlı faktlar


Güllər 4000 il bundan Misir imperiyasında yetişdirilməyə başlayıb.



Konfusiyin dövründə zanbaq gülü çox sevilirdi, çünki bu çiçək həyat, sevgi və ölümsüzlük rəmzini daşıyır.

Bir vaxtlar Hollandiyada zanbaqlar yox idi. Bu güllər Hollandiyaya Türkiyədən hələ XVI-ci əsrdə gətirilib. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha idi. Sutka ərzində zanbaq 2 sm. böyüyə bilər.


Qladiolus (latıncada Gladius “qılınc”), öz adını roma yazıçısı böyük Pliniydən alıb (e.ə. I-ci əsr), yazıçını gülün roma qladiatorlarının silahı ilə olan oxşarlığı heyrətləndirib.



Qərənfil isə, qədim əfsanəyə əsasən Qolqofa dağında, Məryəm ananın öz Oğlunun əziyyətlərini gördüyü anda tökdüyü həmin o göz yaşlarının yerində bitib



Dünyanın ən yaşlı qızılgül kolu Almaniyadadır. Bu kol 1000 il ərzində Xildeskayme kilsəsinin divarı boyu yetişərək, kilsənin dam örtüyünə çatıb. ABŞ-da hələ 1986-cı ildə qızılgül milli gül adını alıb.



Lalə isə - sakitlik, yuxu, bihuşluğun rəmzidir. Dünyanın bir çox ölkəsində bu gül Birinci Dünya Müharibəsində həyatını itirmiş insanların xatirə simvoludur.



Günəbaxan hər zaman üzünü günəşə çevirir, elə adını da buradan alıb. Yeni texnologiyaların yaranmasından əvvəl isə günəbaxanın gövdəsindən xilas etmə jiletlərində istifadə olunurdu.



Bilirsinizmi ki, ildə bir nərgiz gülü Şahzadə Çarlzın Sisisliyadakı torpaqları üçün ödədiyi icarə puludur!



Zəfəran Azərbaycan mətbəxinin daimi qonağıdır, lakin çoxları bilmir ki, bu çiçəyin bir unsiyasını (28, 24 q.) toplamaq üçün beş min çiçək lazımdır.



Səhləb çiçəyindən göy qurşağının hər bir rəngində çələng düzəldə bilərsiniz, göy rəngindən başqa. Seleksionerlər hələ bu gülün göy rəngini yetişdirməyə müvəffəq olmayıblar.



Puya raimondii adlı qeyri-adi bitki And dağlarında yetişir və cəmi bir dəfə - 150 yaşı tamam olduqda çiçəkləyir və sonra ölür.

4 Nisan 2014 Cuma

Elnur Valeh ft Qurban Nezerov Qara Zindan


"Qəlbimdə Allahıma sevgim, Ruhumda imanım var"





Buda son ayriliq,son dayanacaq.Qismətin əlindən biz, hara qaçaq? Günah kimdə oldu? bilmirəm ancaq bilirəm tək yanan mən olacaqam. Min günah elədin sən dönə-dönə bağişladim səni sinadim yenə.yenədə sənin xətrinə, bilirəm tək yanan mən olacağam:/♥♥♥


Bir vaxtlar onun varligina oyanirdim...Indi yoxluğundan yata bilmirəm... Bəzən aglayiram bəzən gülərək sevinirəm... Aglayiramki hislərim tapdalandi...Gülürəmki mənə deyilən şablonlar indi başqalarina deyilir... sen Sevgi nə olduğunu bilmədən mənə "Səni ölümünə sevirəm" deyecek qeder axmaqsanmiş... Sen indi bawqasininsan...O bawqasina yazigim gelir... Bilmirki vaxt gələcəy onunda qəlbi qirilacaq.. Səbr edirəm... Əvvəl axir peşman olub mənə yalvaracan... Cunki mən dünyanin ən varli insaniyam 
"Qəlbimde Allahima sevgim,Ruhumda imanim var"


Qız: Dünyada ən çox sevdiyin kimlərdi? Oğlan: Tək sevdiyim var oda Sənsən :) ♥ Bəs sən? Sən də tək məni sevirsəndə hə? Qız: Yox ! Tək Səni yox ! Oğlan: Başa düşmədim !başqa oğlanı da sevirsən ?! Qız: Yox ! Mən 18 nəfəri və 2 müqəddəsi sevirəm ! Oğlan: Dəli olmusan ?! kimdi onlar? Qız: Allahımız, Peygəmərimiz- Məhəmməd (s.a.v), Xanım Fatimeyi Zəhra, Xedice 12 Imamımız, Qurani-Kərim,Namaz,Atam,Anam və Sən ♥ Oğlan: Səni verən Allaha qurban olum


Bir qadının dodaqlarını deyil, gözlərinin içini güldürməkdir mərifət... Dodaqlarını klon da güldürür, ama gözlərini sadəcə sevdiyi adam...

Gözəlliyinə Güvənmə 1 Qəza bəsdi... 
Puluna Güvənmə 1 kibrit bəsdi... 
Tək ALLAHA Güvən O hər şeyə bəsdi !


SeVdiyin səni vursa nə edərsən ? 
Türk qiz : Aglayaram. :( 
Rus qiz : Tərk edərəm. 
Ingilis qiz : KüsərəM. 
Azəri qiz : Məndə vuraraM,Təpəsini 
əzərəm.!)))


Sevgilisinə "Sənə dünyaları verərəm” deyən qaqaş..Yolüstü Qarabağıda bizə verərsən :)


1970 : Məni sev, amma toxunma. 
1980 : Mənə toxun, amma öpmə. 
1990 : Məni öp, amma başqa şey eləmə. 
2000 : Bir şey elə, amma heç kimə demə. 
2012 : Hər şey edə bilerik, amma telefona çəkmə...xD

- Ata Gəl Bu Küçədən Gedəkdəə.. 
Yox Oğlum Ordan Keçmək Olmaz 
- Niyə Ata? 
Çünki Orda Bir Dostum Var, Məndən Borc Alıbdır, Özüdə Çoxdan, İndi Onun Evinin Qabağından Keçsək Özümüzü Göstərmək Kimi Çıxar, Buda DOSTLUĞA Yaraşmaz....


1950 : Ey din qardaşım. 
1970 : Ey müsəlman qardaşım. 
1980 : Ay dəyərli qardaşım. 
1990 : Qardaşım. 
2000 : Qaqaş. 
2010 : Ay brat. 
2012 : Brooo...xD


Dostluq haqqında

Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…
Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir ("Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.

Ay əslində 150 milyon il daha yaşlıdır


     Yerin təkini öyrənən alimlər aydınlaşdırıblar ki, bizim planetin peyki 4,51 milyard il bundan əvvəl yaranıb. Fransalı alimlər yeni tədqiqat işləri sayəsində Ayın daha dəqiq yaşını müəyyənləşdiriblər. Yerin peykinin yaranması ilə bağlı əsas nəzəriyyələrdən birində deyilir ki, astronomik obyekt bizim planetin Mars böyda başqa bir obyektlə toqquşmasından yaranıb. Nəticədə dəyən obyektin bir hissəsi və yer maniyasının bir parçası Yer ətrafı oribitə atılıb. Bu parçalardan Ayın əcdadı formalaşıb və orbitdə 60 min km radiusla dövr etməyə başlayıb. Lakin Ayın yaranması tarixi uzun illər mübahtisə mövzusu olub. Bəzi alimlər hesab edir ki, Ay Günəş sistemi formalaşdıqdan 30 milyon il sonra yaranıb. Başqalları isə bu hadisənin 100 milyon il sonra baş verdiyində israrlıdırlar. Daha dəqiq məlumat Yerin təkinin analizindən sonra əldə olunub. Məlum olub ki, bu hadisə 4,51 milyard il bundan əvvəl baş verib.
Xatırladaq ki, 2005-ci ildə Almaniya və Böyük Britaniyadan olan mineralogiya alimləri Ay süxurunun yaşını 4 milyard 527 milyon il müəyyən etmişdildər. 2011-ci ildə isə onun yaşı 4,36 milyard il müəyyən edilib.