Social Icons

1 Nisan 2014 Salı

Balaca uşaqlar haqqında lətifələr..



        Salam əziz oxuyucular.. Blogumuza xoşgəlmisiniz. Sizinlə ilk tanışlıqdır. Bu blogda hər bir məsələdən danışılacaq. Yemək reseptləri, məşhurlar, sevgi, seriallar haqqında yayınlar olacaq. Bizi izləməyə davam edin :)) 

        İnşallah həyatınızda daha çox gülmək ümidi ilə bu meqaləni paylaşıram.. Yumor.



Müəllim dərs zamanı uşaqlara deyir:
-Pulu boş yerə xərcləməyin. Atanız onu alın təri ilə qazanır.
Bir uşaq deyir:
-Mənim atam alın təri ilə qazanmır.
-Bəs o pulu haradan alır?
-Buzxanada işləyir.

Atası Əlidən soruşur:
-Məktəbdə vəziyyətin necədir?
-Əladır ata düz sobanın yanında otururam.

Müəllim deyir:
-Əli, 10un üstünə 40 gələndə neçə edər?
-Beş edər müəllim.
-Yəqin 50 demək istədin.
-Yox 5. Siz deməmişdiniz ki 0-ın dəyəri yoxdur?!

Müəllim 1-ci sinif şagirdinə əsəbləşir:
-Sən 3aydır məktəbə gəlirsən, neçə sual verdim heç birinə cavab vermədin. Sən heç nə bilmirsən...
Uşaq yavaşca deyir:
-Müəllim, elə ona görə də anam məni məktəbə gönərir...

Müəllim:
-Əli, "qaz" sözü dilimizdə həm yanan,
həm də ev quşu anlamındadır. Səncə niyə onlar omonim hesab olunur?
-Hər ikisini də kəsmək mümkün olduğu üçün, müəllim.

Müəllim növbəti dəfə dərsə gecikən Samirə əsəbləşir:
-Sən dərsə gecikməyinə son qoyacaqsan yoxsa yox?
-Əlbətdə qoyacam, məktəbi qurtaran kimi.

İdman dərsində müəllim Əlidən soruşur:
-100 metri neçə saniyəyə qaçarsan?
-Müəllim, o baxır nəyin dalınca qaçmağıma.

-Ata mənə bir manat ver, teleskop ilə təzə çıxan aya baxmaq istəyirəm.
-Onda bir həftə də gözlə bir manat verib ayın yekələşməsinə baxarsan.

Ana kiçik oğluna hirslənərək:
-Sən cəza olaraq axşam tort yeməyəcəksən.
-Amma siz də yeməyəcəksiniz, mən artıq onu yemişəm.

Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
-Niyə gecikdin?
-Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
-Nə?
-Yazılmışdı ki qabaqda məktəb var yavaş gedin.


Hiç yorum yok:

Yorum Gönder