“Allaha yaxınlıq” ifadəsinin mənasını daha aydın dərk etmək üçün bəzi maddi və hissi anlayışlardan istifadə etmək olar. Yaxınlıq iki mənada işlənir. Birinci mənaya qaşla gözün yaxınlığını misal göstərmək olar. İkinci mənaya misal olaraq isə biri Kərbəla, digəri Məşhəddə yaşayan iki dostun qəlbən yaxınlığını göstərə bilərik. Əgər birinci mənada məkan yaxınlığı nəzərdə tutulursa, ikinci mənada mənəvi yaxınlıqdan söhbət gedir.
İnsan böyük şəxsiyyələrlə mənəvi yaxınlıqdan zövq alır. Məsələn, ölkə başçısı televiziya vasitəsi ilə hər hansı qəsəbə əhlinə öz məhəbbətini bildirirsə həmin bu qəsəbə əhli bundan mə’nəvi yaxınlıq hissi keçirərək qürur duyur. Amma elə insanlar da var ki, onlar yalnız Allahla yaxınlıqdan ləzzət duyurlar. Necə ola bilər ki, gec-tez torpaq əsiri olacaq insanla yaxınlıqdan ləzzət alan şəxs varlıq aləmini bir “ol” deməklə ən gözəl şəkildə yaratmış mərhəmətli Allahla ünsiyyətdən ləzzət duymasın?! Əsl iftixar bəşəriyyətin səadətini təmin etmək qüdrətində olan böyük Yaradana yaxın olmaqdır. Həqiqi səadət odur ki, qüdrətli məbud insana nəzər salıb onu öz mərhəmətinə qərq etsin.
Tövhid maarifinin mehvəri Allaha yaxın-lıqdır. Bütün peyğəmbərlərin təlimləri bu mehvər ətrafında toplanmışdır. Hətta bütpərəs-tlər də Allahla yaxınlığa can atmışlar. “Zumər” surəsinin 3-cü ayəsində buyurulur: “Biz bütlərə yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik.” Ayə Məkkə müşriklərinin dilindən deyilir. Demək, hətta yolunu azanlar da bu yaxınlığa can atır. Həzrət Əli (ə) buyurur: “Görmədiyim Allaha ibadət etməzdim.”[Biharul-ənvar, c.4] Əlbəttə, söhbət adi göz yox, bəsirət gözü ilə görməkdən gedir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də bu məsələyə toxunur: “Gözlər Onu aşkar dərk etməz, amma qəlblər Onu iman həqiqəti vasitəsi ilə anlayar.”

Hiç yorum yok:
Yorum Gönder