Social Icons

1 Nisan 2014 Salı

Gülüş ömrü uzadır :)



1.Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii 
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar.

Gülüş ömrü uzadır :)

2.Menecerin sözləri ilə: 
"Kompüter işə düşmür – administratoru çagırıram, administartor gəlir, əllərini göyə qaldırır, anlaşılmaz sözlər deyir, mənim stulumu öz oxu ətrafında 10 dəfə fırladır, kompüteri təpikləyir – o da işə düşür. Yenə əllərini göyə qaldırır, nə isə deyir və gedir.”

Gülüş ömrü uzadır :)

Administratorun sözləri ilə: 

"Gəlirəm menecerin yanına, o səfeh o qədər stulda fırlanıb ki, komputerin elektrik kabeli dolanıb stulun ayagına. Özü-özümə söyürəm, kabeli açıram, kompüteri ayağım ilə geriyə dogru, stolun altına itələyirəm, kompüteri işə salıram və gedirəm”...

Gülüş ömrü uzadır :)

3.İlham Əliyev Ramiz Mehdiyevlə ezop dilində danışmağı xoşlayır.
Məsələn, bir də gördün İlham müellim "boz kardinalı ” çağırıb soruşur:
- Bu gün obedə bir şey var?
Ramiz müəllim cavab verir:
- Doktorski kolbasa olacaq.
Bunun açması belədir:
- Bu gün müxalifətdən qopan varmı?
- Var. Asim Mollazadə.

Gülüş ömrü uzadır :)

4.Səfər Əbiyev Rusiya zavodlarında məxsusən Azərbaycan üçün istehsal edilən tanklara baxış keçirir. Ona izah edirlər:
- Bax görürsünüz, tankın üç dənə geri, bir də irəli surəti var.
Səfər müəllim təəccüblə:
- İrəli sürət nəyə lazımdır?
- Necə yəni, birdən ermənilər arxadan hücum etdilər!

Gülüş ömrü uzadır :)

5.Bir gün iki uşaq anasından soruşur ana biz necə dünyaya gəmişik.Anası deyir: Sizi quşlar gətirib.
Uşağın biri o birisinə:
-Anaya deyək, yoxsa elə həmişə belə əfəl qalsın?

Gülüş ömrü uzadır :)

6.Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
- Nəyə gülürsən?
- Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim.


Hiç yorum yok:

Yorum Gönder