4 Nisan 2014 Cuma
Ay əslində 150 milyon il daha yaşlıdır
Yerin təkini öyrənən alimlər aydınlaşdırıblar ki, bizim planetin peyki 4,51 milyard il bundan əvvəl yaranıb. Fransalı alimlər yeni tədqiqat işləri sayəsində Ayın daha dəqiq yaşını müəyyənləşdiriblər. Yerin peykinin yaranması ilə bağlı əsas nəzəriyyələrdən birində deyilir ki, astronomik obyekt bizim planetin Mars böyda başqa bir obyektlə toqquşmasından yaranıb. Nəticədə dəyən obyektin bir hissəsi və yer maniyasının bir parçası Yer ətrafı oribitə atılıb. Bu parçalardan Ayın əcdadı formalaşıb və orbitdə 60 min km radiusla dövr etməyə başlayıb. Lakin Ayın yaranması tarixi uzun illər mübahtisə mövzusu olub. Bəzi alimlər hesab edir ki, Ay Günəş sistemi formalaşdıqdan 30 milyon il sonra yaranıb. Başqalları isə bu hadisənin 100 milyon il sonra baş verdiyində israrlıdırlar. Daha dəqiq məlumat Yerin təkinin analizindən sonra əldə olunub. Məlum olub ki, bu hadisə 4,51 milyard il bundan əvvəl baş verib.
Xatırladaq ki, 2005-ci ildə Almaniya və Böyük Britaniyadan olan mineralogiya alimləri Ay süxurunun yaşını 4 milyard 527 milyon il müəyyən etmişdildər. 2011-ci ildə isə onun yaşı 4,36 milyard il müəyyən edilib.
Etiketler:
Maraqlı məlumatlar
Kaydol:
Kayıt Yorumları (Atom)

Hiç yorum yok:
Yorum Gönder