Social Icons

1 Nisan 2014 Salı

DÜNYA






Hamı bir biçimdə yaranmayıb lələ,
Birimiz eləyik, birimiz belə.
Əlindən qurtaran olmayıb hələ,
Kəsib bənd-bərəni, gədiyi dünya.


DÜNYA
Zalımın, nadanın yüzünü yedi,
Axırda çoxları sözünü yedi.
Neçə hökmdarın özünü yedi,
“Sözdə” dürmək kimi yediyi dünya.




Eşitmədi Teymurləngin sözünü,
Yer üzündən yox eylədi izini.
Yerə qoydu İsgəndərin dizini,
Qürurla “mənimdi” – dediyi dünya.


DÜNYA
Sücaət, duy dərin, fikirləş dərin,
Kim tutub saxlayıb ömrün təkərin.
Allahdan allahlıq istəyənlərin,
Çox verib əlinə düdüyü dünya!



DÜNYA


Hiç yorum yok:

Yorum Gönder