Social Icons

1 Nisan 2014 Salı

Sen Getdin




Bir dərd oldu, son görüşdə,
Məni məndən alıb getdin.
Qatıb acıma şirini,
Xatirəmdə qalıb getdin.

Gözlədiyim hər bir ildə,
Xəfif- xəfif əsən yeldə,
Ürək adlı bir mənzildə,
Xəyalıma dalıb getdin.

Dedim bəlkə son baharda,
Bu nisgildə, ahu- zarda,
Unudulan arzularda,
Məni yada salıb getdin...

Hiç yorum yok:

Yorum Gönder