Social Icons

6 Nisan 2014 Pazar

Nərgiz baharın xəbərçisi

 Nərgiz baharın xəbərçisi





Baharda çox gözəl qoxulu çiçəkləriylə baharın müjdəcisi olaraq bilinər. Diqqəti cəlb edən və xoş qoxulu çiçəkləri sayəsində bir çox ölkədə bəzək bitkisi olaraq yetişdirilən nərgizlərin, başda Avropa olmaq üzrə, şimal bölgələrdə öz özünə yetişən 40-a qədər növü vardır. Nərgizgilər soyadının Narcissus cinsini əmələ gətirən bu bitkilərin adı Yunan mitologiyasında Narkissos adından gəlir. Mitologiyaya görə sudakı görünüşünə aşiq olub ona qovuşmaq üçün ölümü seçən gözəllər gözəli Narkissosun öldüyü yerdən nərgizlər bitmişdi...


Nərgiz soğanağı zəhərli bir bəzək bitkisidir. Torpağın üzərində çıxaraq topa halına gələr, incə uzun, sivri uclu və yastı yarpaqları vardır. Təqribən 50 sm boyundakı bu yarpaqların bəzi növlərdə 1 metrədək uzadığı da olur. Nərgiz çiçəkləri arıların köməyi ilə tozlanır. Ana vətəni Avropa olan bu bitkilərin növ çoxluğuna İspanya və Portekizdə rast gəlinilməkdədir. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində yetişir. Dünyada Avropa, şimali Amerika, Şimali Afrika ölkələrində yetişdirilməkdədir. Narcissus poeticus Türkiyədə Egey Bölgəsində əsasəndə Qaraburun və Mordoğanda yetişdirilməkdədir. Mordoğan, nərgizin ana yurdu olaraq sayılmaqdadır.


Nərgiz baharın xəbərçisi, cəlb edici bir qoxuya sahib olan soğanaqlı bir bitkidir. Çində nərgizlər yeni ildə çiçək açarsa o ilin bərəkətli geçəcəyinə inanılar. Hava şəraitinə görə fevralın sonu, martın başlanğıcında aça bilər. Fulya, Nargöz, Zerrin, Zerrin qədəh kimi adlarla da tanınmaqdadır. Hollandlar lalədə sınadıqları kimi bu soğanaqlıdan da 20 - 30 dəyişik növ yetişdirmişlər.
Əsasən yarpaqları və çiçək sapları eyni (10 - 50 sm arası) fəqət çiçəklərii çox fərqlidir. Nərgizlərin bəyaz, sarı, kök rəngi, çəhrayı rəngləri olur. Tək rəng ya da qarışıq rəng növləri qarşımıza çıxa bilər. Qədim binaların bağlarında bəyaz və sarı rənglilərini bolca görə bilərsiniz.


 Nərgizin Faydaları:
Sakinləşdırici.   
Qızdırma salıcı.
Qusdurucu.
 Qəbizliyi aparar.
Soğanının topası, yaraların irinini qurudar, təmizləyər və sağaldar.
5qr. bal ilə içilərsə qusdurar.
Çiçəklərinin suyu balla bərabər şərbət kimi içilərsə məsanə ağrılarını sağaldar.


Zəfəran haqqında nəyi bilirik?



Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000-1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir.
Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür.Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə “zəfəran” deyilir. İspanca “azafran”, ingiliscə “saffron”, fransızca “safrane”, italyanca “zaferano” və hind dilində “zuffron” adlanır.Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub.
Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur.Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlık, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur. Zəfərandan, həmçinin xərçəng xəstəliyinin müəyyən edilməsində də istifadə olunur.
ABŞ, Yaponiya, Rusiya, İspaniya, Fransa, Rumuniya və İngiltərədə siçanlar üzərində aparılan təcrübələrdə də zəfərandan istifadə olunur.Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir.

Güllər haqqında maraqlı faktlar


Güllər 4000 il bundan Misir imperiyasında yetişdirilməyə başlayıb.



Konfusiyin dövründə zanbaq gülü çox sevilirdi, çünki bu çiçək həyat, sevgi və ölümsüzlük rəmzini daşıyır.

Bir vaxtlar Hollandiyada zanbaqlar yox idi. Bu güllər Hollandiyaya Türkiyədən hələ XVI-ci əsrdə gətirilib. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha idi. Sutka ərzində zanbaq 2 sm. böyüyə bilər.


Qladiolus (latıncada Gladius “qılınc”), öz adını roma yazıçısı böyük Pliniydən alıb (e.ə. I-ci əsr), yazıçını gülün roma qladiatorlarının silahı ilə olan oxşarlığı heyrətləndirib.



Qərənfil isə, qədim əfsanəyə əsasən Qolqofa dağında, Məryəm ananın öz Oğlunun əziyyətlərini gördüyü anda tökdüyü həmin o göz yaşlarının yerində bitib



Dünyanın ən yaşlı qızılgül kolu Almaniyadadır. Bu kol 1000 il ərzində Xildeskayme kilsəsinin divarı boyu yetişərək, kilsənin dam örtüyünə çatıb. ABŞ-da hələ 1986-cı ildə qızılgül milli gül adını alıb.



Lalə isə - sakitlik, yuxu, bihuşluğun rəmzidir. Dünyanın bir çox ölkəsində bu gül Birinci Dünya Müharibəsində həyatını itirmiş insanların xatirə simvoludur.



Günəbaxan hər zaman üzünü günəşə çevirir, elə adını da buradan alıb. Yeni texnologiyaların yaranmasından əvvəl isə günəbaxanın gövdəsindən xilas etmə jiletlərində istifadə olunurdu.



Bilirsinizmi ki, ildə bir nərgiz gülü Şahzadə Çarlzın Sisisliyadakı torpaqları üçün ödədiyi icarə puludur!



Zəfəran Azərbaycan mətbəxinin daimi qonağıdır, lakin çoxları bilmir ki, bu çiçəyin bir unsiyasını (28, 24 q.) toplamaq üçün beş min çiçək lazımdır.



Səhləb çiçəyindən göy qurşağının hər bir rəngində çələng düzəldə bilərsiniz, göy rəngindən başqa. Seleksionerlər hələ bu gülün göy rəngini yetişdirməyə müvəffəq olmayıblar.



Puya raimondii adlı qeyri-adi bitki And dağlarında yetişir və cəmi bir dəfə - 150 yaşı tamam olduqda çiçəkləyir və sonra ölür.

4 Nisan 2014 Cuma

Elnur Valeh ft Qurban Nezerov Qara Zindan


"Qəlbimdə Allahıma sevgim, Ruhumda imanım var"





Buda son ayriliq,son dayanacaq.Qismətin əlindən biz, hara qaçaq? Günah kimdə oldu? bilmirəm ancaq bilirəm tək yanan mən olacaqam. Min günah elədin sən dönə-dönə bağişladim səni sinadim yenə.yenədə sənin xətrinə, bilirəm tək yanan mən olacağam:/♥♥♥


Bir vaxtlar onun varligina oyanirdim...Indi yoxluğundan yata bilmirəm... Bəzən aglayiram bəzən gülərək sevinirəm... Aglayiramki hislərim tapdalandi...Gülürəmki mənə deyilən şablonlar indi başqalarina deyilir... sen Sevgi nə olduğunu bilmədən mənə "Səni ölümünə sevirəm" deyecek qeder axmaqsanmiş... Sen indi bawqasininsan...O bawqasina yazigim gelir... Bilmirki vaxt gələcəy onunda qəlbi qirilacaq.. Səbr edirəm... Əvvəl axir peşman olub mənə yalvaracan... Cunki mən dünyanin ən varli insaniyam 
"Qəlbimde Allahima sevgim,Ruhumda imanim var"


Qız: Dünyada ən çox sevdiyin kimlərdi? Oğlan: Tək sevdiyim var oda Sənsən :) ♥ Bəs sən? Sən də tək məni sevirsəndə hə? Qız: Yox ! Tək Səni yox ! Oğlan: Başa düşmədim !başqa oğlanı da sevirsən ?! Qız: Yox ! Mən 18 nəfəri və 2 müqəddəsi sevirəm ! Oğlan: Dəli olmusan ?! kimdi onlar? Qız: Allahımız, Peygəmərimiz- Məhəmməd (s.a.v), Xanım Fatimeyi Zəhra, Xedice 12 Imamımız, Qurani-Kərim,Namaz,Atam,Anam və Sən ♥ Oğlan: Səni verən Allaha qurban olum


Bir qadının dodaqlarını deyil, gözlərinin içini güldürməkdir mərifət... Dodaqlarını klon da güldürür, ama gözlərini sadəcə sevdiyi adam...

Gözəlliyinə Güvənmə 1 Qəza bəsdi... 
Puluna Güvənmə 1 kibrit bəsdi... 
Tək ALLAHA Güvən O hər şeyə bəsdi !


SeVdiyin səni vursa nə edərsən ? 
Türk qiz : Aglayaram. :( 
Rus qiz : Tərk edərəm. 
Ingilis qiz : KüsərəM. 
Azəri qiz : Məndə vuraraM,Təpəsini 
əzərəm.!)))


Sevgilisinə "Sənə dünyaları verərəm” deyən qaqaş..Yolüstü Qarabağıda bizə verərsən :)


1970 : Məni sev, amma toxunma. 
1980 : Mənə toxun, amma öpmə. 
1990 : Məni öp, amma başqa şey eləmə. 
2000 : Bir şey elə, amma heç kimə demə. 
2012 : Hər şey edə bilerik, amma telefona çəkmə...xD

- Ata Gəl Bu Küçədən Gedəkdəə.. 
Yox Oğlum Ordan Keçmək Olmaz 
- Niyə Ata? 
Çünki Orda Bir Dostum Var, Məndən Borc Alıbdır, Özüdə Çoxdan, İndi Onun Evinin Qabağından Keçsək Özümüzü Göstərmək Kimi Çıxar, Buda DOSTLUĞA Yaraşmaz....


1950 : Ey din qardaşım. 
1970 : Ey müsəlman qardaşım. 
1980 : Ay dəyərli qardaşım. 
1990 : Qardaşım. 
2000 : Qaqaş. 
2010 : Ay brat. 
2012 : Brooo...xD


Dostluq haqqında

Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacağı, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi mövzularda yol göstərən, onu sevən, sədaqətli olan, qoruyan, səhvlərinə şəfqətlə yanaşan, xəstələndikdə və ya yaşlandıqda onu tək buraxmayan insanlar axtarır…
Sevgi Allahın insanlara verdiyi ən böyük nemətlərdən biridir. Allah insanın fitrətini sevməkdən və sevilməkdən zövq alacağı, dostluqdan və yaxınlıqdan xoşlanacağı şəkildə yaratmışdır. Quran əxlaqını yaşayan insanlarla bir yerdə olmaq, onlarla dostluğu və sevgini yaşamaq isə iman gətirən insana bir çox nemətdən daha çox zövq verir. Bu səbəbdən, Allahın sevdiyi və razı olduğu qullarına vəd etdiyi cənnət əsl sevginin, dostluğun və yaxınlığın sonsuza qədər böyük coşğu ilə yaşanacağı gözəl yerdir. Allahın Quranda cənnət həyatına dair verdiyi xəbərlərdə həmişə sevinc, yoldaşlıq, sevgi, söhbət, gözəl söz və rahatlıqdan bəhs edilir. Sevgi və dostluğa mane olan hər şey cənnətdəki insanlardan uzaq tutulmuşdur. Məsələn, Allah bir ayədə cənnətə girən möminlərin kökslərindəki kin-küdurəti çıxaracağını bildirmişdir ("Əraf” surəsi, 43). Qısqanclıq, düşmənçilik, rəqabət, hirs, incimə kimi sevgiyə və dostluğa mane olan pis xüsusiyyətlər cənnətdən kənarda qalacaq.

Ay əslində 150 milyon il daha yaşlıdır


     Yerin təkini öyrənən alimlər aydınlaşdırıblar ki, bizim planetin peyki 4,51 milyard il bundan əvvəl yaranıb. Fransalı alimlər yeni tədqiqat işləri sayəsində Ayın daha dəqiq yaşını müəyyənləşdiriblər. Yerin peykinin yaranması ilə bağlı əsas nəzəriyyələrdən birində deyilir ki, astronomik obyekt bizim planetin Mars böyda başqa bir obyektlə toqquşmasından yaranıb. Nəticədə dəyən obyektin bir hissəsi və yer maniyasının bir parçası Yer ətrafı oribitə atılıb. Bu parçalardan Ayın əcdadı formalaşıb və orbitdə 60 min km radiusla dövr etməyə başlayıb. Lakin Ayın yaranması tarixi uzun illər mübahtisə mövzusu olub. Bəzi alimlər hesab edir ki, Ay Günəş sistemi formalaşdıqdan 30 milyon il sonra yaranıb. Başqalları isə bu hadisənin 100 milyon il sonra baş verdiyində israrlıdırlar. Daha dəqiq məlumat Yerin təkinin analizindən sonra əldə olunub. Məlum olub ki, bu hadisə 4,51 milyard il bundan əvvəl baş verib.
Xatırladaq ki, 2005-ci ildə Almaniya və Böyük Britaniyadan olan mineralogiya alimləri Ay süxurunun yaşını 4 milyard 527 milyon il müəyyən etmişdildər. 2011-ci ildə isə onun yaşı 4,36 milyard il müəyyən edilib.

QİSMƏTİM OLMAYAN GƏLİN...!



Madam ki gedirsən, get sev, get sevil, Yolundan axi kim saxladir səni.. Səni hec agladan "vagzali" deyil, Bəlkə de basqa sey agladir səni.. 

Gəl belə aglama, aglayan gəlin, Ay mənim qismətim olmayan gəlin.. Gəl belə aglama bütün toy boyu, Yoxsa ki səbəbin anlayacaqlar.. 

Sonra da qonaqlar unudub toyu, Sənin bu derdine aglayacaqlar.. Gəl belə aglama, aglayan gəlin, Ay mənim qismətim olmayan gəlin..

Aglama, aglasan daha ne fayda? Sen bunu bir yolluq, bilesen gərək.. Taleyin itirmiş, budur ki qayda, Toyunda daima guləsən gərək! 

Gəl belə aglama, aglayan gəlin, Ay mənim qismətim olmayan gəlin.. Sonunu bilsəydim, səni o zaman, On əlli tutardim, bir əlli deyil.. 

Aglama əzizim, aglama, inan Aglamaq mənimcun təsəlli deyil.. Gəl belə aglama, aglayan gəlin, Ay mənim qismətim olmayan gəlin.

STaTuSLaR



Ağlım hər gün tövbə edir, Nəfsimsə hər an tövbəmi pozur. Arada qalmış biçarə kimiyəm, nə yaxşı ki, Sənin qapın var ALLAHIM




Qadın olmaq boyayla, makiyajla gözəlləşmək deyil.İç gözəlliyini, imanını, dürüstlüyünü ortaya qoya bilməkdir.
Hər kişidə bir parça buraxmaq deyil.Bir kişidə bütün ola bilməkdir!



Yaralı ürəkdən sən qorx hər zaman ki,yara nəhayət olacaq əyan.Toxunma ürəyə,ona əl vurma,Unutma ,bir ahla dağılar cahan.



Möhkəm bir işin yerini heç bir şey ala bilməz. Dahilik, yüzdə bir ilham və yüzdə doxsan doqquz tərdir.

STaTuSLaR{5}
Qəlbin özünə xas olan bir çox düşüncələri var ki, ağıl onları heç vaxt anlamaz!!!



Bilik oxunmuş kitabların sayı ilə deyil, dərk edilmiş kitabların sayı ilə ölçülür..



İnsan kesre bənzəyir: sürət onun həqiqətdə neçə olması, məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsr də kiçilir.



Dünyada oynanılan ən böyük qumar sevgidir. Çünki, bütün varlığını, canını, ürəyini hər şeyini bu oyunda oynayırsan. Ya qazanırsan, ya da uduzursan.



Sevgi üçün orta bir vəziyyət yoxdur. O ya xilas edir, ya da məhv edir.



Özünə qarşı yalançı olma, çünki insanın ən böyük şahidi vicdanıdır.
STaTuSLaR{5}


Həvəsləri üçün kimsə kimsənin qüruru, duyğuları ilə oynamasın...




Bu torpağın üstü varsa birdə altı var Unudulmasın...



Həyatda iki varliğa güvənirəm: Biri aynaya baxdığımda gördüyümə, digəri yuxarı baxdığımda görmədiyimə...



Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan..

Cox qəmli sevgi hekayəsi



Sakit, isti yay günlərindən biri idi. Onlar əl-ələ tutub yolun qirağında gəzirdilər. Küçədə işıqlar, maşınların səsləri və sərin külək var idi. Onlar bir yerdə idilər və bir-birilərini sevirdilər. 

Hərşey bir an içərisində baş verdi. İki maşın toqquşaraq onları əzdi...Partlayış.... qız bədənində dəhşətli ağrılar hiss etdi və səsini çıxara bilmirdi. Oğlan da yaralanmışdı amma onun kimi xəsarət almamışdı.
Xəstəxana...... Bu divarlar necə də oğlana ağır gəlirdi. O, bir dəqiqə də olsun qızın başının üstündən ayrılmırdı və onun ayılmağını gözləyirdi. Bu dəfə otağa tibb bacısı daxil oldu. Oğlanı yanına çağırdı və palatanı tərk etdilər.
O yaşayacaq hə? –oğlan soruşdu.
Tibb bacısı-Biz əlimizdən gələn hər şeyi edirik ki, onu xilas edə bilək.
Mən sizə yalvarıram mənim ondan başqa heç kimim yoxdur. Onu xilas edin.
Tibb bacısı: Söz verirəm ki, əlimdən gələn hər şeyi edəcəm.
Oğlan göz yaşlarını silərək palataya qayıtdı. Bu zaman qız başa düşdü ki, nəsə baş verir. Ancaq özü də başa düşürdü ki, sağ qalmaq ehtimalı çox azdır.

Bu zaman qız soruşdu:
Mənə deyin mən yaşayacam axı, mən müalicə oluna biləcəm.
Tibb bacısı: Əlbəttə əzizim, biz əlimizdən gələn hər şeyi edirik. Gözlərini aşağı saldı və otağı tərk elədi....
Bu zaman sevgililər palatada yalnız qaldılar.
Qız dedi: Söz ver mənə nə olur-olsun sən xoşbəxt olacaqsan mən bunu istiyirəm səndən!!!
Oğlan: Sən nə danışırsan! Sən elə mənim xoşbəxtliyimsən, sənsiz mən yaşaya bilmərəm!!!
Söz ver mənə. Sən özün də bilirsən ki, vəziyyət çox çətindi mən əmin olmaq istəyirəm söz ver....(və qışqıraraq başdadı ağlamağa)
Yaxşı sənə söz vermirəm, ancaq çalışacam və o da qızı qucaqlayaraq başdadı ağlamağa.
Axşam oldu. Qız artıq yuxuya getmişdi. Oğlan isə hələ də onun yatağının yanında oturaraq ordan tərpənmirdi.
Bu zaman qız yuxu görürdü hansı ki, anası onun yuxusuna göylərdən gələrək dedi:
Qızım sabah axşam mən sənin dalınca gələcəm və biz tamamilə başqa dünyaya gedəcəyik. O dünyada sən ağrının nə olduğunu bilməyəcəksən və sakit, rahat həyat yaşayacaqsan.
Nece? Artıq? Ancaq mən ora getmək istəmirəm! Mən onu sevirəm! Mən onsuz qala bilmərəm!
Ana: Mən gəlmişdim səni xəbərdarlıq edim. Bugün sənin sonuncu günündü onunla. Və ana gədəndə sanki arxadan ağ qanadları açıldı və mələk kimi uçdu getdi.
Səhər həmişəki kimi tibb bacısı gəldi, o analizlərin cavabını gətirmişdi və cavablar da heç xoş deyildi.
Bu zaman sevgililər yenə palatada yalnız qaldılar və qız dedi Mən bu gecə öləcəm. . O inanmadı: özünü divarlara çırparaq ağlamağa başladı: sən ölə bilməzsən, sən sağalacaqsan, hərşey yaxşı olacaq!!!
Xahiş edirəm bugün mənim son günümdü yanımdan ayrılma, istəyirəm bütün günümü səninlə keçirdim. Oğlan bilmirdi nə desin, nə etsin sadəcə olaraq ağlayırdı, sanki ürəyi döyünmürdü. Bu zaman o dedi: gəl gözəl günlərimizi yada salaq, o xoş xatirələri və mən sadəcə olaraq səni öpəcəm....
Sən xoşbəxt olmalısan sən mənə söz vermisən. Ağlamayaq mənim son günümdə. İstəyirəm bu günümü sevinc içərisində keçirim. Bütün günlərini onlar bir yerdə keçirdilər. Amma artıq günəş batmaq üzrə idi. Oğlanın gözlərindən yaş sel kimi gedirdi....
- mən səni buraxa bilmərəm, səni itirmək istəmirəm.
- Yəqinki belə olmali idi, belə daha düzgündü.
- Mən getsəm də, həmişə yanında olacam, sənə işlərində kömək edəcəm, səni həmişə izləyəcəm. Söz verirəm!!!

Birdən qızın pulsu dayandı. Və sanki ruhu bədənindən ayrılaraq göylərə uçdu. Həkimlər tez qaçaraq gəldilər, amma artıq gec idi Ürək döyünmürdü.
Qız hiss elədi ki, kimsə onun əlindən tutdu-bu onun anası idi. Xahiş edirəm ana bir neçə dəqiqə də qoy qalım getmiyim.
- Qızım artıq vaxtdır biz getməliyik!!! Qız sonuncu dəfə sevgilisinə baxdı. Sanki onda da anasında olduğu kimi qanadları əmələ gəldi. Oğlan sanki dəli kimi olmuşdu hələ də inana bilmirdi. Lakin qız söz verdiyi kimi onu tərk etmədi. Onun ruhu hər gün onun yanında idi və sanki onu izləyirdi. O hər gün qızı düşünürdü: onu necə möhkəm sevdiyini, necə öpdüyünü o xoş günlərini. Bir qış gecəsi o pəncərənin şüşəsinə söykənərək bayıra tamaşa edirdi. Onun isti nəfəsi şüşədə par yaradırdı. Və sanki nəfəsi ilə şüşəyə yazırdı: Mənə necə də sənsizlik ağırdı, hər şeyimi qurban verərdim, yenidən səni görmək üçün, yenidən səni qucaqlamaq üçün, ya məni də özünlə apar ya da qayıt!!!
Birdən şüşənin əks tərəfində oğlanın adı yazıldı. Bu o idi- sevgilisinin onu çağırdığını hiss edərək dayana bilməmişdi. Oğlan uşaq kimi, sevinir, qışqırırdi, bu ondan asılı deyildi.
Şüşənin əks tərəfində damcılar əmələ gəlirdi ki, bu da qızın göz yaşını əks etdirirdi. Bu dünyanın ən saf, ən təmiz sevgisi idi. Bunu sözlərlə başa salmaq qeyri-mümkün idi, bunu hiss etmək lazım idi. Sanki bu mələyin insana qarşı olan sevgisi idi. Şüşədə kiçik naxışlar əmələ gəlməyə başladı ki, bu da qızın gözəlliyini əks etdiridi. Həmin gözlər idi ki, oğlan sonsuzacan baxmaq istəyirdi, həmin dodaqlar idi ki, toxunmaq istəyirdi. Ancaq şüşəyə toxunanda o yalnız buz kimi şüşəni hiss edirdi.

Nəyə görə dünya belə haqsız və qəddardır? Bir-birini dəlicəsinə sevən bu iki gənc nəyə görə ayrı qalmalı idilər. Artıq ALLAH da bu sevginin təkbaşına mümkünsüzlüyü görürdü. O da oğlana və qıza qarşı laqeyd qala bilmirdi. Baxmayaraq ki, ALLAH buyurmuşdu: O qızın mələk olmasını amma bunu bacara bilmədi. ALLAH qıza yeni həyat verdi ki, onlar yenidən qovuşsunlar. Bu isə belə oldu.
Bir səhər onlar həmişəki kimi, yenə birlikdə yuxudan ayıldılar. Onlar heçnə yadlarına sala bilmirdilər, hərşeyi unutmuşdular, bilirdilər ki, nəsə baş verib amma xatırlaya bilmirdilər. Bu möcüzəni ALLAH istəmişdi. Ancaq şüşədə onların adları par şəklində qalmışdı, hansını ki, özləri yazmışdı. İndiyənəcən də onlar bizlərin arasında yaşayırlar.
Əgər nə vaxtsa onların sevgisindən daha saf, daha möhkəm, daha əbədi sevgi olarsa ALLAH da onları mələyə çevirəcək!!!

ƏZİZ ANAMA...

ƏZİZ ANAMA...

Anam!
Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu? Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın yoxdurmu?
Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə bu qədər sevirsən məni?
Gəncəm... "gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni, hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın?

Anar-Ötən ilin son gecəsi

Anar-Ötən ilin son gecəsi


C.Cabbarlı-Solğun çiçəklər

Solğun çiçəklər (televiziya tamaşası, 1987)



Çaldıran döyüşü-Səfəvilərin ilk məğlubiyyəti



XVI əsrin əvvəllərində İslam Şərqində böyük imperiyalar müharibə vəziyyətində idilər. Bu münaqişələrdən daha ciddisi Osmanlı imperatorluğu ilə Səfəvilər dövləti arasında yaşanırdı.
 Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə nəticədə 1514-cü il avqustun 23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar, həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.
 1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu arasında baş vermiş Çaldıran döyüşündə Şah Ismayılın qoşunları məğlub oldu. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib 6 gündən sonra Şah Ismayılın tacı, geyimləri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.
 Sultan Səlim sonradan özü ilə Istanbula Türkiyənin incəsənət və sənətkarlığının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarlarını da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan Istanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.
 Deyilənlərə görə, döyüş zamanı Şah İsmayılın həyat yoldaşı Taclı xanım əsir götürülmüşdür. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını iddia edirlər. Çaldıran döyüşündən sonra Sultan Səlimin əmri ilə Taclı xanım qazıəsgər Tacizadə Nişançı Cəfər Çələbiyə nikahlanmış, əsir düşən digər qızılbaş qadınları isə azad edilmişdilər.
 Çaldıran döyüşündən əvvəl Şah İsmayıl Xətainin yazdığı məktub tapılmışdır. Burada Şah İsmayıl Həzrət Əlinin 100 kəlamını gözəl bir xətlə qızılı və mavi mürəkkəblə köçürüb.Yazıların arasında onların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəstəliq xətti ilə iki sütunda yazılıb. Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin 15 səhifəsindən 11-i mühafizə edilmişdir. Osmanlı imperatoru I Səlim Təbrizi işğal edəndə bu əlyazmanı da ələ keçirmiş və əsər sonralar Avropaya aparılmışdır.

2 Nisan 2014 Çarşamba

Coca Cola haqqında hər şey



Modern zamanda müharibələrlə ölkələr istila etmək tarixi metod sayılır.

İndi iqtisadi istilalar daha aktualdır. 

Zatən bütün istilaların kökündə, iqtisadi maraqlar dayanır. 
Elə buna görə də günümüzdə ölkə başçıları hərbi tərəfdaşlıq və sülh müqavilələri bağlamaqdan ziyadə iqtisadi müqavilələr bağlamağa meyllidirlər. 

Davosa biznes adamlarından çox ölkə rəhbərləri qatılırlar.
İri çaplı silahların, tankların, avtomatların yerinə brendlər, ticari markalar ölkələri zəbt edirlər. Nəhəng tranmilli şirkətlər öz məhsullarını dünyanın çeşidli ölkələrində yayır, yerləşdikləri ölkələrin sərvətlərini kapital formasında öz ölkələrinə daşıyırlar. 

Brendlər-günümüzün mifik obrazları

İqtisadi nəhənglərlə mübarizə aparmaqda, onlarla rəqabətdə davam gətirməyə qabil olmayan kiçik ölkələrin, şirkətlərin əlacı isə yalnızca bu nəhənglərin qaranlıq, ictimaiyyətə gizli saxlanılan tərəflərini faş eləmək qalır. 

Bəzən isə bu cür antireklam informasiyaları o qədər uydurma olur ki, hansının həqiqət, hansının əfasənə olduğunu unudursan. Əfsanələr isə bu nəhəngləri gözdən salmaqdan çox onların xeyrinə işləyir, onları nəzərlərimizdə daha da böyüdür, mifik obrazlara çevirir. 

Buşmenlər də içir, yapon mühəndisləri də

“Coca-cola” dünyanın ən nəhəng brendidir. Bu içkiyə susuz Afrika çöllərindən tutmuş, böyük meqalopolislərə qədər dünyanın hər yerində rastlamaq olar.

Bu içkinin istehsalıçısı “The Coca ColaCompany” isə dünyanın ən böyük transmilli şirkətlərindən biridir. 

Müxtəlif xəstəliklərin törədicisi, tərkibinin müəmmalı olması, narkotik qarışıqlı olması, İsrail hərbi büdcəsinə yardım etməsi, islama qarşı olması kimi haqqında bu qədər anti-reklam kampaniyalarının aparılmasına baxmayaraq “Coca-Cola” ən çox içilən alkoloqsuz içki sayılır. 

Dünya əhalisinin hər biri ömründə heç olmaya bir dəfə bu içkidən dadıb. 

Koka yarpağında təsəlli

Amerika əczaçısı Con Stit Pemberton Vətəndaş müharibəsi veteranı idi. 1865-ci ildə döyüşlərdən birində yaralanan Pemberton ağrılarını azaltmaq üçün o dövrdə müharibə veteranları arasında geniş yayılmış bir üsuldan-morfidən istifadə edirdi. 

Pemberton bir gün tərkibində uyuşdurucu maddə olan və günümüzdə məşhur narkotik maddə kokainin hazırlanmasında istifafədə olunan koka bitkisindən istifadə edərək özünün “Mariani” şərabını hazırlayır. O vaxt içkilərin tərkibinə koka bitkisi əlavə etmək geniş yayılmışdı. 

Tərkibində koka yarpağının şirəsi olan bu şərabı Aleksandr Düma, Anatol Frans, Henrix İbsen, Jül Vern kimi yazıçılar sevə-sevə qəbul edirdilər.

Pamperton düzəldiyi “Mariani”nin tərkibinə kola adlı tropik bitkinin ləpələrindən alınmış şirə də qatırdı.

Mühasib əlüstü ad tapdı

1885-ci ildə Corciya ştatında alkoqollu içkilərə qadağa tətbiq ediləndə Pamperton içkinin tərkibindən alkoqolu ləğv etməyə məcbur olur. Nəticədə şəkərli, qazlı içki yaranır. 

Yeni yaranan içkiyə Pampertonun mühasibi Meyson Robinson Coca Colaadını verir. Bu kəlmə içkinin əsasını təşkil edən iki əsas maddənin adlarından ibarət idi; koka və kola bitkiləri. 

Həvəskar xəttat olan mühasib içkinin adını nəfis şəkildə yazır. Onun “Coca Cola”üçün tərtib etdiyi kalliqrafik loqotip içkinin üzərində hələ də əks olunur.

Fanta, sprite, burn, nestea

1888-ci ildə Pamperton içkinin istehlsal hüquqlarını Ase Qriqsu Kendler adlı biznesmənə satır. 1893-cü ildə isə “The “Coca Cola”Company” şirkəti təsis olunur.

Hazırda dünyanın 209 ölkəsində kompaniyanın istehsalat müəssisələri var. Kompaniya əsas ticari markası “Coca Cola”ilə yanaşı Fanta, Sprite, Burn, Nestea və başqa içkilərin satışı ilə məşğuldur. Əsas istehsal məhsulları arasında, siroplar, içki qatqıları da mövcuddur. Şirkətin istehsal etdiyi məhsullarının ümumi sayı isə 500-dən çoxdur.

Dünyanın ən nəhəng brendinin 2009-cu ildə gəliri 30 milyard dollar təşkil etmişdi. 

Formul 24 saat mühafizə olunur

İçki haqqında irəli sürülən fikirlərdən ən ciddisi onun formulunun gizli saxlanılması haqqındadır. Məhsulun tərkibi qabı üzərində yazılsa da, formul gizli saxlanılır. 

İçkinin ilkin tərkibi ilə hazırkı tərkibi arasında kəskin fərqlər vardır, onun tərkibindən bir çox maddələr çıxarılmış yeniləri əlavə edilmişdir.

İçkinin orijinal formulu Atlantida yerləşən SunTrust Bankda qorunur. Kompaniyanın yalnız iki rəhbərinin formul olan bunkerə girmək icazəsi var, onların hər biri formulun tərkibinin yarısını bilir. 
Məşhur əfsanəyə görə bu rəhbərlərin ikisinin də eyni zamanda təyyarə, qatar və bu kimi təhlükəli məkanlarda bulunmasına icazə verilmir. 

Onu qeyd edək ki, içki yeni icad olunanda birinici il zərərlə işləmişdi. Kompaniya ABŞ-da yalnız əsrin əvvəlllərində ün qazanmağa başladı. 

Zəncilər “Coca Cola”içib ağlara hücum edirdilər

Coca-colaya qarşı mənfi münasibət müsəlman cəmiyyətlərində daha geniş yayılmışdır. Yeri gəldikcə bu iddiaları səsləndirəcəyik. Amma İkinci Dünya Müharbəsindən sonra Amerika həyat tərzinin simvoluna çevrilmiş bu içkiyə neqativ münasibət təkcə müsəlman və Amerika əleyhdarı ölkələrdə mövcud deyil. 

XIX əsrin sonlarında dünyada kokainə qarşı olan münasibət dəyişdikdə Coca-Colaya təzyiqlər artdı. 1903-cü ildə “Nyu-York Tayms” qəzetində dərc olunan bir məqalədə iddia olunurdu ki, şəhər xarabalıqlarında yaşayan zəncilər məhz tərkibində kokain olan Coca-Colanı içdiklərinə görə ağ adamlara hücum edirlər. Bundan sonra coca-colanın tərkibindən koka bitkisi çıxarıldı. 
İçdiyimiz Coca-Colanın adında “koka” kəlməsi olsa da, tərkibində kokain yoxdur. 

Məhəmməd peyğəmbərin adı yazılıb

İddialardan biri loqotipdə “güzgü əksi”nin olmasıdır. Coca Cola yazılışı güzgüdə ərəbcə “Lə Muhəmməd, Lə Məkkə” (Nə Məhəmməd, nə Məkkə) oxunur. Bu fikrin iddiaçıları belə söyləyirlər ki, yəhudilər müsəlman aləmini məhv etmək üçün bu içkini yaradıblar. 

XIX əsrdə yəhudilərin Məkkə adlı problemləri yox idi, onların indi də Məkkə şəhərinə heç bir iddiaları yoxdur. Yəhudilərin Tövratdan gəlmə, iki min illik Qüds arzuları var. 

Digər tərəfdən bu loqotip hazırlanan vaxtı nə içkinin yaradıcısı Pamperton, nə də mühasibi onun dünyaya yayılacağını ağıllarına gətirmirdilər. 

Coca Cola fələstinlilərə qarşı? 

İkinci iddia isə Coca-Colanın gəlirlərinin bir hissəsinin İsrail ordusuna xərcləmisidir. Şirkət rəsmi şəkildə bu iddianı inkar edir. Fələstində şirkətin müəssisəsinin fəaliyyət göstərdiyini, bu müəssisədə minə yaxın fələstinli ailənin çalışdığını bildirir. Kompaniyanın ərəb ölkələrində ümumilikdə 58-dən çox müəssisəsi fəaliyyət göstərir.

Böcəkləri əzib şirəsini... 

Başqa bir iddia isə coca-colanın tərkibində koşenil yastıcası böcəyindən alınan qida rəngləndiricinin olmasıdır. Qida sənayəsində bu rəngləndirici hazırda süni üsulla alınan qatqı karmin adlanır və E-120 kimi tanınır. Bu qatqı istifadə etdiyimiz bir çox qidaların tərkibində mövcuddur. 

2009-cu ildə Türkiyədə mövcud olan və rəhbəri Müəmmər Qarabuludun olduğu Müqəddəs Nikolay Fondu Coca-Colanın tərkibində koşenil böcəyindən alınan qatqının olduğunu bildirmiş və şirkəti məhkəməyə verərək tərkibini açıqlamasını tələb etmişdi. Müəmmər Qarabulud “Kolanın sirri və sidik” adlı əsəri ilə də məşhurdur. 

Bildiyimiz kimi islamda və yəhudilikdə həşəratların yeyilməsi (çəyirtkə istisna təşkil edir) haram sayılır.

Koşenil böcəyindən ta qədimlərdən rəngləndirici maddə kimi xalçaçılıqda və başqa sahələrdə istifadə olunub. Onun bir növü Ermənistan koşenili adlanır. Xalq arasında həşərat “qırmızı böcək”, “palıd cücüsü” kimi tanınır. 

Müftilər fətva verdilər

Yeyinti sənayesində koşenildən karmin alınması əlverişli olmadığı üçün daha çox süni yolla alınmış rəngləndiricilərdən istifadə olunur.
Coca-Colanın soxulcan, daha başqa böcəklərin sıxılması ilə alınan içki olması kimi əfasənənin kökündə əslində koşenil tərkibli rəngləndiricinin istifadəsi durur. Lakin məlum məhkəmədən sonra şirkət rəsmiləri bu iddianı rədd etdilər. Onlar bildirdilər ki, içkiyə rəng verən tərkibindəki karameldir.

Bir sıra müsəlman ölkələrinin dini rəhbərləri isə coca-colanın halal olması barədə fətva verdilər.

Coca-colanın başında bir türk

Şirkətin hazırkı icraçı direktoru Muxtar Kent adlı türkdür. Onun atası Necdet Kent isə “Türk Oskar Şindler” ləqəbi ilə tanınır. İkinci Dünya müharibəsi zamanı-Fransada türk konsulu olan atası 70-80 yəhudini faşistlərin cənglərindən xilas etdiyi üçün bu adı alıb. Ola bilsin ki, Muxtar Kentin Coca-Colanın başına gəlməsində bacarığından başqa yəhudilərin minnətdarlıq hisslərinin də önəmi olmuşdur. 

Unitazı təmizləyir

Coka-Cola təkcə sərinləşdirici içki kimi deyil, təmizləyici vasitə kimi də bir çox xüsusiyyətlərə malikdir. Coca Cola ilə çaynikin ərpini və ya unitazı asanlıqla təmizləyə bilərsiniz. Pas atmış vintin üzərinə Coca Cola tökməklə onu asanlıqla açmaq olar. 2009-cu ildə may ayının 9-da isə Qazaxıstanın Uralısk şəhərinin Qələbə meydanını koka-kola ilə yuyub təmizləmişdilər. 

Dişləri əridir

Coca-Colanın mükəmməl bir təmizləyici vasitə olması sizi qorxutmasın. Onun insan orqanizminə mənfi təsirləri barədə kifayət qədər məlumat olsa da, bu fikirlər tibb tərəfindən rəsmi təsdiqini tapmayıb. 

Coca-Colanın bir stəkanının tərkibində 6 çay qaşığı şəkər olur. Təbii ki, bu içki şəkər xəstələri üçün zərərli sayıla bilər. 

Onun tərkibindəki fosfat turşusu da çox qəbul edildikdə sümüklərdən kalsiumun yuyulması, böyrək daşları kimi bir çox fəsadların törəməsinə gətirib çıxara bilər. 

Fosfat turşusu dişlərə də zərərdir. Discovery kanalının məşhur verilişi “Mif dağıdanlar”da içində kola olan qabda dişin əridiyini sübut etmişdilər. Amma tərkibində Koladan daha çox turşuluq olan limonun qədərindən artıq qəbulu da dişlərə zərərdi.

Verilişin başqa araşdırmasında isə Kolanın mədəni əritməsi faktının yalan olduğunu üzə çıxarılmışdı.

Süd daha təbiidir, ya Coca Cola? 

Zaman-zaman bir çox qida istehsalçıları tamahları ucbatından və ya məhsul istehsalını asanlaşdırmaq, daha az xərc çəkmək üçün asan və zərərli olan metodlara əl atmışlar. Bu yollardan Coca-Colanın da faydalanması istisna deyil. Buna görə dəfələrlə bəzi dövlətlərdə ona qadağalar tətbiq olunub.

Coca Cola təbii içki deyil. Kimyəvi tərkiblidir. Amma qəbul etdiyimiz qidaların nə qədəri təbii yolla hazırlanır? Südünü içdiyimiz inəklərə belə süni qidalar verilir, məhsuldarlıqlarını artırmaq üçün onlarda gen dəyişiklikləri aparılır. Qidalarımızın nə qədəri tam zərərsiz, təbiidir ki, coca-coladan da bu təbiiliyi tələb edək?

Belə nəticəyə gəlmək olar ki, qədərində istifadə etdikcə coca-colanın insan orqanizminə zərəri toxunmaz. Məgər qədərindən artıq istifadə etdikdə su da zərərli deyilmi?